Azərbaycanda qohumlar arasında evlilik qadağan olunur?

21:43 | 01.07.2016
Azərbaycanda qohumlar arasında evlilik qadağan olunur?

Azərbaycanda qohumlar arasında evlilik qadağan olunur?

"Biz deputatlar da qohum nikahları pisləyirik, amma bunu, hələ ki, qanun çərçivəsinə salmaq kimi bir planımız yoxdur. Bu, insanların hüquqlarının pozulması deməkdir”. 

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin deputatı Ağacan Abıyev deyib.

Onun sözlərinə görə, hər kəs öz düşündüyü kimi addım atır. 

"Sadəcə, insanları maarifləndirmək lazımdır ki, qohumlarla qurduğunuz ailədən həm siz, həm də uşaqlarınız əziyyət çəkəcək. Bunun üçün televiziyada tez-tez bu yönümdə verilişlər olsa, daha yaxşı olar”, – deyə millət vəkili vurğuladı.

Xatırladaq ki, bu gündən Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM