Ötən il Azərbaycan əhalisinin 72,2%-i sosial mediadan istifadə edib, 1,6 milyon isə "Facebook" istifadəçisi olub. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin rəy sorğusundan bildirilib.
Bildirilib ki, ölkədə "Facebook” istifadəçilərinin 30,1%-i qadın, 69,9%-i kişi olub.
Sosial media istifadəçiləri arasında 18-35 yaş intervalında olanlar üstünlük təşkil edib.
"GlobalStats”-ın məlumatına görə, "İnstagram” və "YouTube” istifadəçiləri ötən ilin sonundan etibarən üstünlük təşkil edib.
Aparılan sorğu nəticəsində istifadəçilərinin 43,6%-i "YouTube”, "35,8%-i "İnstagram”, 26,5%-i "Facebook”, 25,0%-i "TikTok”, 6,4%-i isə "Twitter” platformalarından istifadə etdiyi məlum olub.
Sosial media istifadəçiləri arasında 18-35 yaş intervalında olanlar üstünlük təşkil edib. "İnstagram” istifadəçilərinin 73,9%-i, "YouTube” istifadəçilərinin 52,2%-i, "TikTok” istifadəçilərinin 43,5%-i bu yaş kateqoriyalarına aid olub.
Sorğu nəticələrinə əsasən, insanların 27,8%-i heç bir sosial media platformasından istifadə etmədiyini bildirib ki, onların da əsas hissəsi (60.8%-i) yaşı 65-dən yuxarı olan şəxslərdir.
Ali təhsillilərin 82,3%-i, orta təhsillilərin isə 66,7%-i sosial media istifadəçisi olduğu məlum olub.
Respondentlərin orta hesabla 42,5%-i 1 saata qədər, 38,9%-i 1-3 saat, 9,6%-i 3-5 saat, 8,6%-i gün ərzində 5 saatdan çox vaxt keçirdiklərini bildirib.
Sorğu 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !