Azərbaycanda uşaq filmi çəkməyə başladılar

18:55 | 11.08.2014
Azərbaycanda uşaq filmi çəkməyə başladılar

Azərbaycanda uşaq filmi çəkməyə başladılar

C. Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında «Dəyərli adlar» tammetrajlı bədii uşaq filminin çəkilişlərinə başlanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin kinostudiyaya istinadla yaydığı xəbərə görə, filmin rejissorları Xalq Artisti Rafiq Əliyev və Cavid Təvəkkül, operatoru Rauf Qurbanəliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsəri uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyalara münasibətindən bəhs edir.

Çəkilişlərə 300-400 məktəbli cəlb edilib.

Əsas qəhrəmanlar Solmaz, Çinarə, Xalid və Asifdir.

Baş qəhrəman Xalid obrazını Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdi Tamerlan Ağayev oynayır.

«Dəyərli adlar»ın bu ilin sonunda kinosevərlərin ixtiyarına veriləcəyi gözlənilir.

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb