Azərbaycanda yeni televizya kanalına və radioya lisenziya verildi

20:18 | 08.09.2015
Azərbaycanda yeni televizya kanalına və radioya lisenziya verildi

Azərbaycanda yeni televizya kanalına və radioya lisenziya verildi

MTRŞ "CBC Sport" MMC ümumrespublika idman televiziya kanalına müsabiqədənkənar 6 il müddətinə xüsusi lisenziya verib

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan "Report"a verilən xəbərə görə, iclasda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı üçün, "CBC Sport" MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb. 

Şura "Televiziya və radio yayımı haqqında" 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün, "CBC Sport" MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib. 

Eyni zamanda, iclasda yayım tezliklərindən səmərəli istifadə edilməsi ilə bağlı məsələ müzakirə edilib, dövlət yayımçılarının və özəl yayımçılarının müvafiq olaraq 37, 48 MHs yayım tezliklərində yerləşdirilməsi barədə qərar qəbul edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM