"Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə enib"

15:04 | 17.03.2015

"Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə enib"

Son 10 ildə əhalinin gəlirləri 6 dəfə, minimum əmək haqqı 5 dəfədən çox artıb. Yoxsulluq səviyyəsi 40 faizdən çox idi, indi bu göstərici 5 faizə qədər enib”.

Modern.az-ın verdiyi xəbərə görə, bunu  Azərbaycan investisiya sammitində iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib. O,  qeyri-neft sektorundan danışaraq artıq onun neft sektorunu üstələdiyini də nəzərə çatdırıb:

"Sovet dövründən qalan infrastruktura böyük sərmayələr qoyulub. Paytaxt və rayonlara böyük vəsaitlər ayrılıb. Azərbaycan beynəlxalq səviyyəli müsabiqələrə ev sahibliyi edib. Kosmosa çox məhdud sayda peyk çıxaran ölkələr sırasında yer almışıq. 2010-cu ildən qeyri-neft sektoru inkişaf etməyə başladı. Bu gün qeyri-neft sektorunun payı neft sektorunun payından çoxdur”. 

Onun fikrincə, biznesin inkişafı üçün infrastruktur mövcud olmalıdır: "Bu gün Azərbaycanda ən yüksək tələblərə cavab verən turizm obyektləri tikilib. Müasir tələblərə cavab verən infrastrukturun yaradılması üçün savadlı kadrların da olması vacibdir. Hesab edirəm ki, xaricdə təhsil alan 2500-dən çox azərbaycanlı tələbə Azərbaycanın gələcəyi üçü xeyirli işlər görəcək”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb