Azərbaycanda "zob" xəstəliyinin müalicəsində YENİLİK

14:42 | 07.09.2015
Azərbaycanda

Azərbaycanda "zob" xəstəliyinin müalicəsində YENİLİK

"Zəhərli ur (el arasında "zəhərli zob" adlanır) xəstəliyi özünü daha çox arıqlamaq, ürək döyüntüləri, tərləmə, əsəbilik, səbirsizlik, bəzən dəridə nəm hissiyyatının olması kimi hallarla göstərir".
 
Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin uzman doktoru, mərkəzin Tiroid Xəstələri Uzmanı və Radionuklid Terapiya şöbəsinin müdiri Anar Əliyev deyib.

A.Əliyev xəstəliyin müasir üsulla müalicəsindən də danışıb. Onun sözlərinə görə, zəhərli ur xəstəliyinin üç vasitə ilə müalicəsi var: "Zəhərli ur xəstəliyinin müalicəsi klassik dərman müalicəsi, cərahiyyə əməliyyatı və atom müalicəsi deyilən radioaktiv yod müalicəsidir ki, buna "qansız tiroid cərahiyyəsi" deyirlər. İldə 400-500 ur xəstəliyi olan insanı bu cür müalicə edirik. Yarım stəkan suya radioktiv yodu qatıb xəstəyə veririk. Bundan sona qalxanabənzər vəzin uru əriyir, balacalaşır, artıq zəhər buraxmır və xəstə sağalır. Xəstə əməliyyat olunmur. Nə boynunda çapıq olur, nə də ömrü boyu zəhərli zoba qarşı dərman içməyə ehtiyacı qalır".

Şöbə müdiri bildirib ki, artıq Azərbaycanda da bu effektiv müalicə üsulu yayılmağa başlayıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM