Azərbaycandan İsrailə köçən yəhudilər - STATİSTİKA

16:06 | 29.10.2015
Azərbaycandan İsrailə köçən yəhudilər - STATİSTİKA

Azərbaycandan İsrailə köçən yəhudilər - STATİSTİKA

İsrailin Absorbasiya Nazirliyi 2014-cü ildə ölkəyə xarici dövlətlərdən daimi yaşamağa gələn yəhudilərin statistikasını dərc edib.

Modern.az nazirliyin hesabatına istinadən xəbər verir ki, 2014-cü ildə Azərbaycandan İsrailə 101 nəfər yəhudi repatriasiya olunub.

Repatriasiya 2013-cü illə müqayisədə bir qədər azalıb. 2013-cü ildə Azərbaycandan yəhudi dövlətinə 134 nəfər köç etmişdi.

Rəsmi məlumatlar 1975-2009-cu illər ərznidə İsrailə 35 mindən artıq yəhudinin (əsasən, dağ yəhudisi) köç etdyini göstərir.

Ümumilikdə, 2014-cü ildə dünyanın müxtəlif ölkələrində yaşayan 26 min 500 yəhudi köçüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM