Azərbaycandan yezidi kürdlərə görə ATƏT-in Minsk qrupuna ÇAĞIRIŞ

13:36 | 28.08.2014
Azərbaycandan yezidi kürdlərə görə ATƏT-in Minsk qrupuna ÇAĞIRIŞ

Azərbaycandan yezidi kürdlərə görə ATƏT-in Minsk qrupuna ÇAĞIRIŞ

Azərbaycan ATƏT-in Minsk qrupunu yezidi kürdlərin işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz yerləşdirilməsinə ciddi reaksiya verməyə çağırıb. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.E.Abdullayev bildirib: "Belə cəhdlər və hərəkətlər Dağlqı Qarabağ ətrafında danışıqlar prosesinə mane olur və dördüncü Cenevrə Konvensiyasına ziddir".Onun sözlərinə görə, belə cəhdlərə və hərəkətlərə keçmişdə də yol verilib və belə faktlar ATƏT missiyasının Ermənistan tərəfindən adamların işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz yerləşdirilməsi faktlarının araşdırılmasına dair hesabatında öz əksini tapıb.E.Abdullayev bildirib ki, Azərbaycan XİN artıq beynəlxalq təşkilatları Ermənistanın yezidi kürdlərin işğal olunmuş Dağlıq Qarabağda və ona bitişik işğal edilmiş ərazilərdə qanunsuz yerləşdirilməsi cəhdləri haqqında məlumatlandırıb.

Qeyd edək ki, yezidlər İraqda yaşayan kürdlərin etnik-dini qrupudur

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb