Azərbaycanın bəzi rayonlarına dolu düşdü

22:00 | 08.09.2017
Azərbaycanın bəzi rayonlarına dolu düşdü

Azərbaycanın bəzi rayonlarına dolu düşdü

Sentyabrın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-50, Qazax-Gəncə zonasında 2-10, Kiçik-Qafqazda 9, Mərkəzi Aran rayonlarında 1-8, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 0.5-1 mm olub.

Oğuz rayonunun Sincab, Xaçmaz-Sincan, Xaçmaz-Qışlaq, Dəymədərə, Mollalı kəndlərində və İsmayıllıda xırda dənəli, Xınalıqda isə diametri 7 mm olan dolu düşüb.

Gəncə, Naxçıvan, Şərur, Quba, Xınalıq, Naftalan, Neftçala, Ağstafa, Şəmkir, Mingəçevir, Biləsuvar, Şirvan, Nabran, Qazıməmməd, Şamaxı, Tovuz, Yevlax, Ceyrançöl, Zərdab, Tərtər, Bərdə, Sabirabad, Göyçay, Ağdam, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb