Azərbaycanın bu universitetində maaşlar qalxdı

13:25 | 26.12.2015
Azərbaycanın bu universitetində maaşlar qalxdı

Azərbaycanın bu universitetində maaşlar qalxdı

Bəzi tələbələr təhsil haqqından azad edildi.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib. 

Bu barədə Oxu.Az-a UNEC-dən məlumat verilib. 

Yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.

Digər məlumata əsasən, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.

Qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib. 

Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür