Azərbaycanın əməkdar müəllimi dünyasını dəyişdi

10:41 | 21.10.2015
Azərbaycanın əməkdar müəllimi dünyasını dəyişdi

Azərbaycanın əməkdar müəllimi dünyasını dəyişdi

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin professoru, Azərbaycanın əməkdar müəllimi Mirzə Rəhimov dünyasını dəyişib.
 
"Report" xəbər verir ki, əməkdar müəllim 86 yaşında vəfat edib.

Qeyd edək ki, Mirzə Şıxəli oğlu Rəhimov 1929-cu il dekabrın 15-də Astarada anadan olub. Mirzə Rəhimov 1937-1947-ci illərdə Astaradakı Sabir adına məktəbdə oxuyub. O, elmi yaradıcılığa Azərbaycan dilinin tarixinə müraciətlə başlayıb. Mirzə Rəhimov ensiklopedik nəşrlərdə şərqşünas alim kimi tanınıb.

2009-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla M.Rəhimova Azərbaycanın əməkdar müəllimi fəxri adı verilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM