Son vaxtlar ölkəmizdə aparılan kadr islahatları demək olar ki, bütün sahələri əhatə etməkdədir. Hökumət rəsmilərinin açıqlamarından da bilindiyi kimi, kadr islahatlarının əsas səbəblərindən biri də, vəzifəli şəxslərin əksəriyyətinin yaşlı nəslin nümayəndələri olmasıdır.
Bu sözlər əməldə də öz əksini tapdı və yüksək vəzifəli şəxslərdən "qocaman” sayılanların demək olar ki, əksəriyyəti öz postunu itirdi. Bəs görəsən rəhbər şəxslərin yaşı ötmüş müavinləri də kadr islahatlarının "ələyindən” keçəcəkmi? Rəhbər şəxslər dedikdə isə demək olar ki, hər kəsin ağlına dövlət idarəsinin əksər sahələrinə rəhbərlik edən nazirlər gəlir. Ancaq Azərbaycanda yaşlı nazir müavinləri ilə yanaşı, çox gənc sayılabiləcək müavinlər də var.
Səhiyyə nazirli Oktay Şirəliyevin müavini Rahim Əliyev Azərbaycanın ən gənc nazir müavinidir. O, 1982-ci ildə Bakı şəhərində anadan olub və 37 yaşı var.
Gənclər və idman naziri Azad Rəhimovun müavini Fərhad Hacıyev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müavini Anar Əliyev ilk beşlikdə 2 və 3-cü yerləri bölüşür. Belə ki, onların hər ikisi 1980-ci ildə dünyaya göz açıblar və 39 yaşları var.
Beləliklə, Azərbaycanın ən gənc 5 nazir müavinindən 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin tabeçiliyindədir.
Xarici İşlər naziri Elmar Məmmədyarovun müavini Mahmud Məmmədquliyev və Energetika naziri Pərviz Şahbazovun müavini Gülməmməd Cavadov 70 yaşla Azərbaycanın ən yaşlı ikinci və üçüncü nazir müavinləridir. Onların hər ikisi 1949-cu ildə anadan olublar.
68 yaşlı General-leytenant Faiq Tağızadə Azərbaycanın ən yaşlı dördüncü nazir müavinidir. O, 1951-ci ildə Bakı şəhərində doğulub və 68 yaşı var. F. Tağızadə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 7 müavinindən biridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !