Azərbaycanın məşhur bankı turizm şirkətini məhkəməyə verib

11:59 | 10.10.2015
Azərbaycanın məşhur bankı turizm şirkətini məhkəməyə verib

Azərbaycanın məşhur bankı turizm şirkətini məhkəməyə verib

"NBC Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Gold Traver" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report”un məlumatına görə, bank borcun ödənilməsini tələb edir. İddia olunan borcun məbləği açıqlanmayıb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, 1992-ci ildə "Ruzu” SKB kimi fəaliyyətə başlayan bank 2002-ci ildə adında dəyişiklik edilərək "NBC Bank” Kommersiya Bankı (KB) olub.
 
Azərbaycanın bir neçə şəhər və regionlarında filialları olan bank 2005-ci ildə Açıq Səhmdar Cəmiyyətinə çevrilib. "NBC Bank”ın təsisçi şirkəti isə "Nurgün Qrup” MMM-dir.

"Gold Traver" MMC isə turizm şirkətidir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM