Azərbaycanın sabahkı HAVA DURUMU

13:52 | 05.10.2015
Azərbaycanın sabahkı HAVA DURUMU

Azərbaycanın sabahkı HAVA DURUMU

Oktyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti olacaq.  
 
Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər-səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlıq ərazilərdə gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür