Azərbaycan Sankt-Peterburqdakıolaya aydınlıq gətirdi

14:46 | 10.05.2017
Azərbaycan Sankt-Peterburqdakıolaya aydınlıq gətirdi

Azərbaycan Sankt-Peterburqdakıolaya aydınlıq gətirdi

Dava nəticəsində 3 azərbaycanlı xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

REPORT.AZ/ Sankt-Peterburqda keçirilən "Ölməz alay" aksiyasında baş verən davada xəsarət alan azərbaycanlılar xəstəxanadan evə buraxılıblar.

Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildiriblər.

Baş konsulluqdan qeyd ediblər ki, yürüş zamanı davanı başlayanlar ermənilər olub.

Baş konsulluqdan verilən məlumata görə, hadisə nəticəsində 3 azərbaycanlı xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Müsahib davada iştirak edən 10-dan çox azərbaycanlının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını vurğulayıb: "Baş konsulluğun əməkdaşları azərbaycanlıların aparıldığı polis bölmələrində olublar. Müvafiq izahat yazdıqdan sonra onların hamısı azadlığa buraxılıb. Eyni zamanda, xəsarət alan azərbaycanlılar tibbi müayinənin nəticələrinin də əlavə olunduğu şikayət ərizəsi ilə polisə müraciət ediblər.

"Hazırda polis davanın başladığı küçələrdə qeydə alınan videogörüntüləri araşdırı. Bu məsələ ilə bağlı polislə daim əlaqədəyik", - baş konsulluqdan bildiriblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti