Azərbaycanın yeni İnzibati Xətalar Məcəlləsi hazırlanıb

17:25 | 08.12.2015
Azərbaycanın yeni İnzibati Xətalar Məcəlləsi hazırlanıb

Azərbaycanın yeni İnzibati Xətalar Məcəlləsi hazırlanıb

Azərbaycanda İnzibati Xətalar Məcəlləsi dəyişdirilir.
 
APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidenti tərəfindən təqdim olunan İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
 
İclasda məlumat verilib ki, yeni İnzibati Xətalar Məcəlləsi 40 fəsil, 608 maddədən ibarətdir. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib.
 
Yeni məcəllə qəbul olunacağı təqdirdə, yanvarın 1-dən qüvvəyə minəcək.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM