Azərbaycanlı diplomat GUAM-ın baş katibi olub

20:45 | 15.05.2015
Azərbaycanlı diplomat GUAM-ın baş katibi olub

Azərbaycanlı diplomat GUAM-ın baş katibi olub

GUAM-ın yeni baş katibi azәrbaycanlı fövqәladә vә sәlahiyyәtli sәfir Altay Әfәndiyev tәyin olunub.

APA-nın mәlumatına görә, bu barәdә qәrar Gürcüstan, Ukrayna, Azәrbaycan vә Moldova Xarici İşlәr Nazirlәri Şurasının Bratislavada keçirilәn iclasında verilib.
 
Şura növbәti görüşün Nyu-Yorkda  BMT Baş Assambleyasının 70-ci sessiyası çәrçivәsindә keçirmәyi qәrara alıb.
 
Xarici İşlәr Nazirlәri Şurası görüşdә GUAM ölkәlәrinin bir çox sahәlәrdә, o cümlәdәn iqtisadiyyat, ticarәt vә hüquq-mühafizә sahәsindә әmәkdaşlıqlarını müzakirә ediblәr. Görüşdә digәr ölkәlәrlә vә beynәlxalq tәşkilatlarla әmәkdaşlıq müzakirә olunub.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM