Azərbaycanlı fəhlə neft şirkətini məhkəmədə uddu

14:30 | 18.01.2015
Azərbaycanlı fəhlə neft şirkətini məhkəmədə uddu

Azərbaycanlı fəhlə neft şirkətini məhkəmədə uddu

"Maersk Driling Servises MMC” xarici neft şirkəti öz işçisi tərəfindən məhkəməyə verilib.  Bu barədə virtualaz.org-a Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı danışıb.


Hüquq müdafiəçisinin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Cəfərovun sədrliyi ilə məhkəmə iclası keçirilib: "Şirkətin fəhləsi Sərvər Kərimov "Maersk Driling Servises MMC”yə qarşı "zərərə görə aylıq ödənişin ödənilməsi, gecikdirilmə ilə əlaqədar ödənişin və maddi ziyanın tutulması barədə” iddiası Nəsimi Rayon Məhkəməsində təmin edilib. Qarşı tərəfin Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti də təmin edilməyib. Şirkət Sərvər Kərimova aylıq ödənişlə yanaşı cərimə də ödəyəcək”.


M.Qəhrəmanlı qeyd edib ki, "Neftqaztikintitresti” də məhkəməyə verilib. Şirkətin Rəşid adlı əməkdaşı əmək xəsarəti nəticəsində II qrup əlil olsa da kompensasiya ala bilmir.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM