Azərbaycanlı futbolçu “Anji”yə transfer olunub

15:29 | 12.01.2014
Azərbaycanlı futbolçu “Anji”yə transfer olunub

Azərbaycanlı futbolçu “Anji”yə transfer olunub

Əslən azərbaycanlı olan ukraynalı futbolçu Aleksandr Əliyev Mahaçkalanın “Anji” komandasına transfer olunub.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda məlumatı futbolçunun özü yayıb. O bildirib ki, “Anji”nin Rusiya çempionatında sonuncu yerdə olması onu qorxutmur. 28 yaşlı futbolçu hazırda komandanın heyətində Türkiyədə məşq edir. 

Qeyd edək ki, Aleksandr Əliyev 2010-cu ildə Moskvanın “Lokomotiv” komandasında oynayıb. O, 25 oyunda meydana çıxaraq 14 qola imza atıb. Azərbaycanlı futbolçu 2011-2013-cü futbol mövsümlərində isə Ukraynanın “Dinamo Kiyev” komandasında oynayıb. O, bu komandada 49 oyunda 9 qol vurub. 2012-ci ildə isə Əliyev Dnepropetrovsk şəhərini təmsil edən “Dnepr” komandasına icarəyə verilib. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti