Azərbaycanlı milyarderin oğlu sadə mühəndis işləyir – FOTO

14:50 | 05.01.2015
Azərbaycanlı milyarderin oğlu sadə mühəndis işləyir – FOTO

Azərbaycanlı milyarderin oğlu sadə mühəndis işləyir – FOTO

Azərbaycan əsilli Rusiya milyarderi Vahid Ələkbərovun oğlu Yusif atasının milyardlarını almaq üçün Koqalımda sadə mühəndis kimi çalışır, "Sobesednik” yazır.

Oxu.Az xəbər verir ki, 24 yaşlı gənc atasının, LUKOLY şirkətinin prezidenti Vahid Ələkbərovun tamhüquqlu varisidir.

2013-cü ildə Vahid Ələkbərov söz vermişdi ki, neft nəhənginin səhmləri və idarəetməsini oğluna verməyə hazırdır. Lakin bunun üçün oğlu şirkətin səhmlərini bölməyəcəyinə, babası və atası kimi, karyerasına ən aşağıdan başlayacağına söz verməlidir.

Başlanğıc nöqtəsi Koqalım olub. Ata Ələkbərov oğlunu neft yatağında işləmək üçün buraya göndərib.

O, əlbəttə adi qazmaçı və fəhlə kimi çalışmır. Kiçik Ələkbərov ən aşağı mühəndis vəzifəsindədir. Və kabinetdə deyil, sahədə çalışır, Koqalımdakı mənbə "Sobesednik”ə bildirib.

Mənbənin sözlərinə görə, Ələbkərovun oğlu neft mədənlərinə özünün "Mercedes Gelandewagen” avtomobili ilə gəlir. Həmin ərazidə bu avtomobildən bir dənədir.

Milyarderin oğlu Koqalımın mərkəzində yaşayır.

Şaiyələrə görə, oğlan istirahət etmək üçün Moskvaya yola düşür. Yusifin sosial şəbəkələrdəki profilinə əsasən, gənc Ələkbərov bahalı Moskva restoranları, bahalı avtomobillər, saatları mədəndə iş romantikasından daha çox sevir.

Lakin söz sözdür. Həm də nəzərə alsaq ki, finalda oğul Ələkbərovu atasının 7,6 milyard dollarlıq sərvəti gözləyir.

ANN.Az



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb