Azərbaycanlı skripkaçı Böyük Britaniyada konsert verəcək

16:00 | 28.09.2014
Azərbaycanlı skripkaçı Böyük Britaniyada konsert verəcək

Azərbaycanlı skripkaçı Böyük Britaniyada konsert verəcək

Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək.ANS PRESS-in məlumatına görə, musiqiçinin konserti oktyabrın 5-də baş tutacaq. Konsert İngiltərənin Surrey qraflığının Şərqi Molsi şəhərində “Hampton Court Palace” məkanında konsert verəcək.Konsertdə İ.S.Baxın skripka üçün “Sonata No. 2 in A minor” əsəri ifa olunacaq.Qeyd edək ki, sözügedən konsert Nəzrin Rəşidovanın Böyük Britaniyada ilk çıxışı deyil. Azərbaycanlı musiqiçinin konsertləri vaxtaşırı olaraq bu ölkədə təşkil edilir. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM