Azərbaycanlı gənc mer postuna namizəd oldu

15:26 | 26.03.2019
Azərbaycanlı gənc mer postuna namizəd oldu

Azərbaycanlı gənc mer postuna namizəd oldu

"Gürcü Arzusu” Partiyasının katibi İrakli Qaribaşvili icra başçısı vəzifəsinə aralıq seçkilərdə iştirak edəcək namizədləri açıqlayıb. 



O, azərbaycanlıların sıx yaşadığı Marnueli meri vəzifəsinə Zaur Darğallını namizəd göstərib. 


Qaribaşvili bildirib ki, o, Kvemo Kartli qubernatorunun sədr müavinidir və etnik azərbaycanlı, vətənimizin layiqli oğludur.


Xatırladaq ki, bundan əvvəl, Marnueli şəhər meri, "Gürcü Arzusu” partiyasının üzvü, əslən azərbaycanlı Temur Abazov istefa vermişdi. 


Buna səbəb mitinqdə Abazovu təhqir edən Marnueli sakininin döyülməsi ilə bağlı qalmaqal olub./azxeber.com

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb