Azərbaycanlı miqrant ailə Rusiyadan deportasiya olunur
Azərbaycanlı miqrant ailə Rusiyadan deportasiya olunacaq.
Bu barədə "RİA Novosti” məlumat yayıb.
Nijni Novqorodda yaşayan miqrant ailənin 8-ci sinifdə oxuyan övladı məktəbdə başqa uşağı döyüb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə sentyabrın ortalarında baş verib.
Miqrasiya qanunlarını pozan həmin ailə barəsində övladları ilə birlikdə ölkə əraizisindən çıxma haqqında qərar qəbul olunub.
www.anews.az