• $
  • €
  • ₽
  • ₺
  • £

İstifadə olunmayan torpaqlarla bağlı yeni mexanizmlər hazırlanır - Nazirlik rəsmisi

İstifadə olunmayan torpaqlarla bağlı yeni mexanizmlər hazırlanır - Nazirlik rəsmisi
04.05.2026 16:29

Azərbaycanda istifadəsiz kənd təsərrüfatı torpaqlarının dövriyyəyə cəlb edilməsi üçün yeni mexanizmlər üzərində iş aparılır. Bunu Kənd Təsərrüfatı Nazirliyinin hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev bildirib.


Onun sözlərinə görə, ölkədə “dinc” torpaq anlayışı klassik mənada istifadəsiz torpaq kimi deyil, aqrotexniki tədbir kimi tətbiq olunur.

Belə ki, 759 nömrəli fərman çərçivəsində fermerlər torpağı müəyyən müddət dincə qoyduqda belə, hər hektara görə subsidiya almaq hüququna malikdir.


Abdullayev qeyd edib ki, bununla yanaşı, ümumiyyətlə istifadə olunmayan torpaqlarla bağlı ayrıca mexanizmlər hazırlanır. O bildirib ki, bu sahədə Türkiyə təcrübəsi öyrənilir.


“Türkiyədə tətbiq olunan modelə əsasən, əgər torpaq sahəsi iki il istifadə edilmirsə, dövlət həmin torpağı başqa şəxslərə icarəyə verə və əldə olunan vəsaiti mülkiyyətçinin hesabına köçürə bilər”, –  o vurğulayıb.


Onun sözlərinə görə, istifadəsiz torpaqlara görə vergi yükünün artırılması da mümkün variantlardan biridir. Hazırda Azərbaycanda bu sahədə bələdiyyə vergiləri tətbiq olunsa da, mexanizmin effektivliyi istənilən səviyyədə deyil.


Rəsmi əlavə edib ki, torpaq sahələrinin böyük hissəsinin kiçik ölçülü olması kənd təsərrüfatında səmərəliliyi məhdudlaşdıran əsas amillərdəndir. Belə ki, ölkədə torpaqların təxminən 75-76%-i 3 hektardan azdır.


Abdullayev bildirib ki, iqtisadi baxımdan səmərəli təsərrüfat ölçüləri müxtəlif sahələr üzrə fərqlənir: taxılçılıqda təxminən 24 hektar, bağçılıq və bostançılıqda 3-5 hektar, meyvə bağlarında isə 6-10 hektar optimal hesab olunur.


O qeyd edib ki, subsidiya müraciətlərinin böyük hissəsi məhz taxılçılıq sahəsindədir və fermerlərin əksəriyyəti kiçik torpaq sahibləridir, bu da gəlirliliyin aşağı olmasına səbəb olur.


Nazirlik rəsmisi həmçinin bildirib ki, tarlaqoruyucu zolaqlarla bağlı prosedurların sadələşdirilməsinə ehtiyatla yanaşılır. Onun sözlərinə görə, bu sahədə artıq subsidiya mexanizmi mövcuddur və sadələşdirmə sui-istifadə risklərini artıra bilər.


Abdullayev əlavə edib ki, inzibati prosedurların müddəti ilə bağlı da balans tapılmalıdır. Formal olaraq 30 günlük müddət mümkün olsa da, əkin mövsümünün xüsusiyyətləri nəzərə alınaraq daha qısa müddətlərin tətbiqi daha məqsədəuyğun hesab olunur.


Onun sözlərinə görə, yeni mexanizmlərin tətbiqinin ilkin mərhələsində müəyyən çətinliklər yarana bilər, lakin bu problemlərin zamanla aradan qalxacağı gözlənilir.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol