"Azərbaycanlı qız cinlə 5 il ər-arvad münasibətində olub" - Tanınmış ekstrasenslə müsahibə

12:49 | 13.12.2018

"Azərbaycanlı qız cinlə 5 il ər-arvad münasibətində olub" - Tanınmış ekstrasenslə müsahibə

Rusiyada yaşayan tanınmış ekstrasens Etibar Nəsibov Sonxeber.az-ın suallarını cavablandırıb:

-Bugün çoxları özünü ekstrasens hesab edir. Sizi digər həmkarlarınızdan fərqləndirən nədir?

-Ekstrasenslik hər adama nəsib olmur. İnsanda "altıncı hiss" deyilən bir hiss var. Ekstrasenslik iki cürdür: ilahi tərəfindən verilən vergi və ruhlar tərəfindən verilən vergi. Qeyb aləmi Allah və Peyğəmbərə məxsusdur. Əstağfurullah, bunu inkar etmək də mümkün deyil. Peyğəmbər Hz.Məhəmməd(s.a.v) Qədir-Qumda deyirdi ki, məndən törəyənlər seyidlərdir, seyidlərdən törəyənlər qeyri-adi fenomen insanlardır. Həmin fenomen insanlar da ekstrasenslərdir

-Necə oldu bildiniz ki, sizdə bu qeyri-adi hisslər var?

-14 yaşım olanda həyatımda çox böyük hadisə baş verid. Böyük qardaşımın yanında "qeyri-aləmdən" iki nəfərin gəzdiyini gördüm. Soruşdum ki, kimdir bunlar? Və bunu deyib özümdən getmişəm. Ölümcül hala düşmüşəm. 4 ay yatdım, ayılmadım. Ayılanda isə...Bəzi sirrlər var ki, onları açıqlamağa mənə icazə vermirlər. Mənə qeyri-adi hisslər verilmişdi. İnsanların fikrini oxuya bilirdim, keçmişini görə bilirdim, gələcəkdə nə baş verəcəyini görürdüm.

-Magiya həm xoşbəxtlik, həm də bədbəxtlik gətirir. Bununla razılaşaq?
-Hələ Peyğəmbər Hz.Məhəmməd(s.a.v) dövründən ağ və qara magiya var. Cinlərlə işləyənlər qara magiya ilə məşğul olur. Bir çox insanların taleyini bağlayırlar, ailə dağıdırlar, bir çox insanların həyatını məhv etmək üçün , qız uşaqlarının bəxtini bağlamaq üçün qara magiyadan istifadə edirlər. Ağ magiya isə yaxşı qüvvələrdir. Qara magiyadan uzağam, mənə vergi İlahi tərəfindən verilib. Hər bir insanın dərdi olur. Xəstəliyi olan kim, taleyində problemləri olan kim və s. Hamımızın başının üstündə Allah durur. Belə deyək ki, mənə müraciət edənlərin əksəriyyəti dərdlərini bölüşməyə, özlərində olan streslərdən yaxa qurtarmaq üçün qeyri-adi hisslərə, çəkdikləri əzabı, yaşadıqları problemlərdən xilas olmaq üçün mənim görüşümə gəlirlər. Öz gücümə güvənib insanlara xidmət edirəm.

-Bəzi ekstrasenslər nəyə görə keçmişi rahatlıqla deyib, gələcəyi deməkdən qorxurlar? Kim icazə vermir?

-Gələcək Allaha məxsusdur. Amma gələcəyi deyən tarixi şəxsiyyətlər də olub. Vanqa, Nostradamus gələcəkdən xəbər veriblər. Neçə yüz illər sonra baş verənləri görüblər. Mən də 80 il sonra baş verə biləcək hadisələri görürəm. Həmin proqnozları bir toplum şəklində nəşr etdirməyi düşünürəm. Ekstrasenslik elə bir şeydir ki, mənə o hiss ani olaraq gəlir. Həm də hər şeyi açıb demək olmur. Bildiyiniz kimi, Rusiyada yaşayıram, həmin ölkədə daha çox fəaliyyət göstərirəm. Məsələn, ruslar mənim yanıma gələndə deyir ki, əgər ölümümü görürsənsə, bunu mənə deməkdən çəkinmə. Hər xalqın öz psixologiyası var. Amma bizimkilərə adi gələcəklə bağlı proqnoz deyəndə, ürəyi gedənlər olub.

-Ümumiyyətlə, kiməsə öləcəyini demək, bu nə dərəcədə doğrudur?

-Günahdır. Ölüm, qeyb aləmlə bağlı nəsə prqnoz vermək günahdır. Ölümünü gördüyüm insanın üzərində kölgə olur, qara kölgə görürəm. Qaranlıq siqnalları mənə ötürülür. O qədər mənə elələri rast gəlib ki...Amma deməmişəm. Həmçinin, elə proqnozlar öz bədənimə də mənfi təsir edir. Yuxuda o qədər məni sıxırlar, incidirlər ki, bu proqnozu vermək lazım deyildi, niyə o mövzuya toxunursan?

-Kimlər sıxır?

- Bəzi şeyləri açıqlamağa icazəm yoxdur.

-İnformasiya sizə necə ötürülür?

-İki siqnalla informasiya ötürülür. Görmə və qulağıma pıçıldama. Mənə müraciət edən insanların həyatını dumanlı şəkildə görürəm.

-Cadu var ? Cadunun aradan qaldırılması yolları nələrdir?

- Qurani-Kərimdə də buyurulur ki, bəzi təhlükələrdən amanda qalmaq üçün Allaha pənah apar və "Nas" surəsini oxu. Namaz qılan insanlar bəzi şeytan əməllərindən əlbəttə uzaq olur. Amma təəssüf ki, cadu namaz qılan insanlara da təsir edir. Cadu edən insanlar tarix boyu lənətlənmiş insanlardır. O adamlar şarlatanlardır. Rusiyada ekstrasenslərin görmə qabiliyyəti çox aşağıdır, amma onlar qara magiya ilə məşğuldurlar. Güclü cadu etmək qabiliyyətinə malikdir.

-İnsana cadu olunduğunu necə bilmək olar?

-İşləri anidən pozulur, qazancı azalır, ailəsində problemlər yaranır, heç nə baş vermədən insanın əsəbləri tarıma çəkilir və s. kimi həyatınızda böyük dəyişikliklər baş verir.

-İnsana ilk dəfə baxanda nələri görürsünüz?
-(gülür) Yanıma gələn insana baxanda onun həyatında baş verən ən önəmli məqamı görürəm. Dediyim kimi, o hisslər ani gəlir mənə.

- Elələri olubmu ki, onlar haqqında heç bir informasiya görə bilməmisiniz?

-Natəmiz insanlar. Keçmişi çox qaranlıq olan, Allaha bağlı olmayan, "qara insanlar" . Yəni, həyatı boyu paxıllıq, xislətli, pis insanlar. Elə insanları görə bilmirəm.
-Cinsi azlıqlar necə, müraciət edirmi?

-Olur. Elələrinə yazığım gəlir. Allah onların köməyi olsun.

-Deyirlər ki, əksər rus qadınlar Azərbaycanlı kişiləri yanlarında saxlamaq üçün cadu elətdirirlər. Sizə belələri müraciət edirmi?

-Əlbəttə. Amma dediyim kimi cadudan uzağam. Sadəcə istiqamət verirəm. Dəfələrlə olub, yanıma rus qadını gəlib, Azərbaycan kişilərini məhv etmək üçün. Həmin qadınları şeytan yoldan çıxarır. Elələrini yaxınıma buraxmıram.

-Qurd yağı insanı öldürə bilərmi?

-Canavarın özü tilsimlənmiş heyvan hesab olunur. Qara magiya ilə məşğul olanlar bu heyvanın yağından istifadə edirlər. Soyug və qanunsuz silahdır. Qurd yağı ilə cadu olunan insan "Nas" surəsi ilə təmizlənməlidir. İndi 90 faiz qara magiya ilə məşğul olanlar canavarın alt pəncəsinin yağından istifadə edir. Bir çox cadugərlər isə qəbirdəki qurdların yağından istifadə edir. Əks dua oxuyurlar və paltara sürtürlər, çayında verirlər və s. Həmin yağla cadu edilən insan şam kimi əriyir. Mən də bioenerji də var. Yanıma gələnlərin əksəriyyəti cadudan bərbad hala salınanlardır. Cadulardan bədbəxt olan insanları sağaldıram.

-Yaşı ötən qızların necə, bəxtini açırsınız?

-Minlərlə. Elə bu yaxınlarda 36 yaşında bir qız ərə gedə bilmirdi, bəxtini bağlamışdılar. Bəxtini mən açdım. Hətta , keçən il bir hadisə baş vermişdi. Azərbaycanlı bir qız mənə müraciət etmişdi. Cin 5 ildir ki, qıza aşiq olub, onunla yuxuda münasibətdə olurdu. Ona ailə qurmağa imkan vermirdi. Cin qara kölgə kimi gəlib gecələr qızı incidirdi. Gündüzlər isə qoca kişi donunda qızın gözünün önündə o yan- bu yana gedirdi. Həmin qızın həyatında baş verənləri eşitsəniz dəhşətə gələrsiniz. Mənim köməyimlə indi o cindən xilas olub. O qızın həyatından film çəkmək olar.

-Bəli.

-Adətən nə üçün müraciət edirlər?

-Daha da yüksəlmək üçün, iş həyatında uğur qazanmaq üçün. Proqnozlar verirəm, dua yazıram.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb