AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycan - Uels oyunu öncəsi qonaq komandanın mətbuat konfransı zamanı yaşanan biabırçılıq Britaniya mətbuatında da işıqlandırılıb.
Dünyaca məşhur "The Sun" nəşri də sözügedən hadisədən yazıb. "Rayan Giqqzə qəribə şəkildə verilən "Qaret Beyl kimdir" sualından sonra Uels Futbol Assosiasiyası mətbuat konfransı üçün yeni tərcüməçi tələb etdi" başlıqlı xəbərdə deyilir: "Bu sualdan sonra Giqqzin mətbuat konfransı korlandı. Yerli federasiya tərəfindən təyin olunan təcrübəsiz və az məlumatlı xanım tərcüməçi Beyli tanımadığı üçün tədbirdən kənarlaşdırıldı. Bundan başqa, tərcüməçinin Giqqzin səsləndirdiyi fikirləri yenidən onunla müzakirə etməsi də baş məşqçini məyus etdi".
Qeyd edək ki, məşhur "Daily Mail" qəzeti də "The Sun"a istinadən bu xəbəri verib
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !