Azərbaycanlı zəvvarların Həccdən qayıdışı oktyabrın 3-nə kimi uzadılıb

19:34 | 01.10.2015
Azərbaycanlı zəvvarların Həccdən qayıdışı oktyabrın 3-nə kimi uzadılıb

Azərbaycanlı zəvvarların Həccdən qayıdışı oktyabrın 3-nə kimi uzadılıb

Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt dəyişdirilib.

Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından APA-ya verilən məlumata görə, zəvvarları gətirən sonuncu təyyarəin ya sabah axşam, ya da oktyabrın 3-də səhər tezdən Ciddədən qalxacağı planlaşdırılıb. Bu gün isə azərbaycanlı zəvvarları gətirmək üçün 3 aviareys nəzərdə tutulub ki, onlardan biri artıq reallaşıb, digələri saat 17:20-də və 23:00-da Bakıya enəcək.

Təxminən 250 zəvvarı gətirəcək daha bir təyyarənin isə oktyabrın 3-də səhər tezdən Ciddə hava limanından Bakıya yola düşməsi nəzərdə tutulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM