Azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - FOTOLAR

20:15 | 26.02.2014
Azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - FOTOLAR

Azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - FOTOLAR

 Bu gün Belçika Krallığının paytaxtı Brüssel şəhərində - Avropa Parlamenti qarşısında azərbaycanlıların mitinqi keçirilib.Bu barədə APA-ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Aksiya Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar təşkil olunub. Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox azərbaycanlı iştirak edib. Aksiyada çıxış edən BAK-ın sədri Sahil Qasımov, təşkilatın vitse-prezidenti  Elsevər Məmmədov Avropa Parlamentindən Xocalı soyqırımının qəbul olunmasını və hüquqi qiymət verilməsini tələb ediblər. Etiraz mitinqi daha sonra yürüşlə davam edib. Əllərində Azərbaycan bayraqları və “Xocalıya ədalət” tələb edən plakatlar tutmuş nümayişçilər etiraz aksiyasını Ermənistan səfirliyi qarşısında başa çatdırıblar. Mitinqdən sonra Brüsseldəki mərkəzi otellərdən birinin kino zalında “Xoca“ filmi nümayiş olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb