• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya

Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya
25.09.2024 15:55
Qarabağda təhsil alan tələbələrə "SuperSən 10GB” tarif paketindən 6 ay ərzində pulsuz istifadə etmək imkanı verilir
 
Qarabağda ilk mobil infrastrukturu quraşdıran "Azercell Telekom” MMC bu ərazilərə qayıdan əhalini qabaqcıl kommunikasiya xidmətlərilə təmin etməyə davam edir. Lider mobil operator Qarabağda təhsil alan tələbələrə dəstək olmaq məqsədilə xüsusi kampaniya elan edir.
 
Kampaniya çərçivəsində tələbələrə yeni Fakturasız xətt Azercell nömrəsi  və "SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik hədiyyə edilir. Bu müddət bitdikdən sonra isə bir il ərzində tarif paketindən 50% endirimlə istifadə etmək imkanı verilir.
 
Qeyd edək ki, "SuperSən 10GB” tarifinə aylıq 10GB internet, 500 ölkədaxili dəqiqə, "WhatsApp” və "Facebook Messenger”də pulsuz yazışma daxildir.
Kampaniyadan yararlanmaq üçün şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə noyabr ayının 30-dək Azercell-in Xankəndi şəhərində (Qarabağ Universitetinin qarşısında) fəaliyyət göstərən Səyyar Müştəri Xidmətlərinə müraciət etmək olar.
 
Kampaniya haqqında ətraflı məlumat ilə Azercell-in rəsmi veb səhifəsində tanış olmaq mümkündür.
 
"Azercell Telekom” MMC bütün tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara zehin açıqlığı və uğurlar arzulayır!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol