Batumi hava limanında “Beşiktaş” və “Hapoel” azarkeşləri arasında insident yaşanıb

Gürcüstanın Batumi hava limanında Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” futbol klublarının azarkeşləri arasında insident yaşanıb.
Bu barədə xarici KİV xəbər verir.
Gürcüstan polisi kütləvi qarşıdurmanın qarşısını almaq üçün azarkeşləri bir-birindən ayırıb.
Yayılan görüntülərə əsasən, türkiyəli azarkeşlər İsrail əleyhinə şüarlar səsləndirib, israilli azarkeşlər isə İsrail bayrağı qaldırıblar.
Əlverişsiz hava şəraiti səbəbindən hər iki klubun azarkeş qrupları Batumidən ayrıla bilməyib. “Hapoel”in futbolçuları və məşqçilər heyətinin isə hava limanında gücləndirilmiş mühafizə altında ayrıca otaqda saxlanıldığı bildirilir.
Daha əvvəl “Beşiktaş” və “Hapoel Beer-Şeva” arasında keçirilən matç zamanı da insident baş verib.
























