Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri bir araya gətirən
"Azercell Telekom" MMC, 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı
Ekspo Mərkəzində keçiriləcək "Bakutel”- Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci
Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak
edir.
Hələ iyun
ayında ictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya doğru dəyişən
strategiyasını açıqlayan Azercell şirkəti, hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti
(İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin
məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. "Gələcəyin
cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla
ayaqlaşmağı öndə tutan bir şirkət kimi, yüksək sürətli mobil internet və daimi
bağlantını təmin etməyi hədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider
mövqeyini qoruyaraq, ölkədə ilk 5G yeni nəsil simsiz şəbəkəsini təqdim etdi.
İnanırıq ki, 5G texnologiyası müasir genişzolaqlı mobil rabitə xidmətlərində çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri
və müxtəlif müəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habelə
müştəri təcrübəsini mükəmməlləşdirmək üçün yeni imkanlar yaradacaq"- deyə Azercell
şirkətinin prezidenti Vahid Mürsəliyev
dekabr ayının 3-də Azercell-in Bakutel sərgisindəki stendində baş tutmuş mətbuat
konfransında çıxışı zamanı bildirdi.
Qeyd etmək lazımdır ki, mətbuat konfrasından dərhal sonra
Azercell-in prezidenti Vahid Mürsəliyev və Ericsson şirkətinin Şərqi Avropa və
Orta Asiya üzrə prezidenti Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin
qurulmasını və 5G texnologiyasının inkişafınının sürətləndirilməsini həyata
keçirən iki strateji tərəfdaş kimi
jurnlaistlər və Bakutel ziyarətçiləri qarşısında Anlaşma Memorandumu
imzaladılar.
Beləliklə, bu ilin noyabr ayında Bakının Fontanlar
meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra, Azercell
Telekom öz daimi tərəfdaşı Ericsson şirkətilə birlikdə ölkənin ən mühüm texnoloji tədbiri Bakutel sərgisində 5G
texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə
müştəriləri üçün nəzərdə tutulan geniş
çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir!
Həmçinin
sərgi çərçivəsində "SmartCell" həllinin tətbiqi ilə bağlı Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin
direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev
memorandum imzalayıb. Məlumat üçün
bildirək ki, "SmartCell" – üz tanıma texnologiyası (Face ID) ilə
mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !