• $
  • £

“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir

“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
22.04.2024 17:39
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır
"Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib. 

Azercell gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etmək məqsədilə onları cüdoçular sırasına qoşulmağa çağırır. Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən gənclər 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı əldə edəcəklər. 

Kampaniya çərçivəsində məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film də çəkilib. Rejissor Emil Quliyevin ərsəyə gətirdiyi bu filmdə kiçik yaşlardan birlikdə böyüyən iki dostun hekayəsi canlandırılaraq gənclərin seçdikləri bir-birinə zidd yolların, verdikləri fərqli qərarların onların həyatlarına təsirini təsvir edir. 

"Doğru yol budur” kampaniyası çərşivəsində şəhərin müxtəlif nöqtələrində yer alacağı posterlərdə də eyni konsepsiya davam etdirilib. Belə ki, posterlərdə yer almış real insanların misallarında narkotikin dağıdıcı fəsadları, eyni zamanda idman və sağlam həyat tərzinin pozitiv təsiri öz əksini tapıb.

Xatırladaq ki, daha öncə "Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı layihə çərçivəsində qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönəlmiş "Qızlara ağ yaraşır”, gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunan "Söz verirəm” sosial kampaniyaları həyata keçirilib. 







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda qatar benzin daşıyan TIR-la toqquşub - Video
Cəmiyyət 00:16
Sumqayıtda qatar benzin daşıyan TIR-la toqquşub - Video
Azərbaycanlı rəssam Rəfiq Əziz dünya rekordçusu elan edilib
Cəmiyyət 20:54
Azərbaycanlı rəssam Rəfiq Əziz dünya rekordçusu elan edilib
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 20:29
Sabah bu ərazilərdə qaz kəsiləcək
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Cəmiyyət 19:08
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Cəmiyyət 18:56
30 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Cəmiyyət 18:33
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verilib
Cəmiyyət 18:30
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verilib
Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri məlum olub
Cəmiyyət 17:34
Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri məlum olub

Sabah Culfanın 19 kəndində işıq olmayacaq
Cəmiyyət 17:09
Sabah Culfanın 19 kəndində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol