• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - Yenilənib

İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - Yenilənib
01.07.2026 23:09

İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə geniş tərkibdə görüş keçirib.

Görüşdə çıxış edən Ursula fon der Lyayen Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğunu bildirib və Aİ ilə Azərbaycan arasında münasibətlərin möhkəm təməl üzərində inkişaf etdiyini deyib. O, Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sülh prosesində təşəbbüskar rolunu və liderliyini yüksək qiymətləndirib.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, davamlı sülhün təmin edilməsi, ikitərəfli ticarət əlaqələrinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı, eləcə də üçüncü ölkələrdən Ermənistana göndərilən yüklərin Azərbaycan ərazisindən tranzit daşınmasını müzakirə ediblər.

Ursula fon der Lyayen Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh gündəliyini hərtərəfli dəstəkləməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda oynadığı rol, Aİ ilə enerji sahəsində əməkdaşlıq və ölkənin Avropanın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub.

Fon der Lyayen 2022-ci ildən etibarən Azərbaycandan Avropa İttifaqına qaz ixracının artdığını qeyd edərək, ölkəni etibarlı enerji tərəfdaşı kimi qiymətləndirib.

***

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə geniş tərkibdə görüşü olub.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol