“Azercell”dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

12:34 | 20.10.2020
“Azercell”dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

“Azercell”dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

700-ə yaxın səhiyyə işçisinə daha 2 ay müddətində 50 azn hədiyyə balans yüklənəcək.

Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir. Şirkət COVID-19-la mübarizədə xalqımızın sağlamlıgının keşiyində dayanan 700-ə yaxın tibb işçisinin balansına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə daha iki ay ərzində hədiyyə balans yükləyəcək.

Bu dəfə yüklənəcək vəsait 50 azn təşkil edir. Həkimlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.

Qeyd edək ki, "Azercell” COVID-19 pandemiyası ilə mübarizədə infeksiyanın yayıldığı ilk gündən etibarən həkimlərə dəstək olur. Şirkət tibb işçilərinin mobil telefon nömrələrinə mart ayında 50 AZN, iyul, avqust, sentyabr ayları boyu hər ay 30 AZN hədiyyə balans təqdim edib.

Xatırladaq ki, "Azercell Telekom” MMC COVID-19 pandemiyası müddətində vətəndaşlara həm telekommunikasiya dəstəyi göstərib, həm də korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bir çox layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb