"Azerspace-1" sığortalandı

19:00 | 08.03.2015

"Azerspace-1" sığortalandı

"Azerspace-1" peyki sığortalandı. "Azərkosmos" ASC "Azerspace-1" peykinin məsuliyyətinin sığortası üçün "Altitude Risk Partners" şirkətini cəlb edib. 

ANS PRESS-in məlumatına görə, bu barədə Trend Satınalmalar üzrə Dövlət Agentliyinə istinadən məlumat verir.

Şirkət Azərbaycan tərəfinin elan etdiyi tenderin qalibi olub. Bir il müddətinə bağlanmış müqavilənin dəyəri 47,5 min dollardır.

"Altitude Risk Partners" şirkəti peykin məsuliyyətinin sığortasını 2016-cı il fevralın 7-dək öz üzərinə götürəcək.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM