Azneft dairəsindən Dəniz Vağzalına kimi Neftçilər prospektində hərəkət məhdudlaşacaq
 
            "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar Bakının bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, avqustun 27-si saat 23:59-dan avqustun 28-i saat 05:45-dək yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq.
www.anews.az
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    