Aztəminatlı və gənc ailələr üçün yeni Dövlət Proqramının hazırlanması təklif edilir

10:36 | 28.02.2015
Aztəminatlı və gənc ailələr üçün yeni Dövlət Proqramının hazırlanması təklif edilir

Aztəminatlı və gənc ailələr üçün yeni Dövlət Proqramının hazırlanması təklif edilir

 Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aztəminatlı və gənc ailələr üçün yeni Dövlət Proqramının hazırlanmasını təklif edib. "Report"un xəbərinə görə, Ombudsmanın 2014-cü il üçün illik məruzəsində vurğulanıb ki, vətəndaşların, xüsusilə aztəminatlı və gənc ailələrin, habelə gənc alimlərin və mütəxəssislərin mənzillə təminatı məsələsinin həllinə kompleks yanaşma Dövlət Proqramında əks olunmalıdır.

Həmçinin Ombudsman qeyd edir ki, köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini özündə əks etdirən konsepsiyanın və məqsədli Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi təmin edilməlidir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM