Bakı 2015-də həkim işləmək istəyirsiz?

10:07 | 25.02.2015
Bakı 2015-də həkim işləmək istəyirsiz?

Bakı 2015-də həkim işləmək istəyirsiz?

Səhiyyə Nazirliyi rezidentlərə müraciət edib. 

ANS PRESS-in məlumatına görə, müraciət işlə bağlıdır. 

Bakı 2015 İlk Avropa Oyunlarında həkim qismində iştirak etmək istəyən rezidentlərdən 6 mart, 2015-ci il tarixinə kimi fotoşəkilli tərcümeyi-hallarını [email protected] elektron poçtu ünvanına yollamaları xahiş olunur. 

Yalnız seçilən rezidentlərlə əlaqə saxlanılacaq.

Xatırladaq ki, oyunlar iyun ayının 12-dən başlayır və 28 iyuna kimi davam edəcək. Oyunlar üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16,000-dən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçib. Oyunlar başlayana qədər 12500 nəfər könüllünü işlərə cəlb edəcək.

"Alov Qoruyanlar” adlanacaq könüllülər idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərəcəklər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM