Bakı-2015-in Təşkilat Komitəsi təkzib etdi

16:17 | 16.01.2014
Bakı-2015-in Təşkilat Komitəsi təkzib etdi

Bakı-2015-in Təşkilat Komitəsi təkzib etdi

15 yanvar 2014-cü il tarixdə bir sıra kütləvi informasiya vasitələrində şahmat idman növünün Bakı-2015 Avropa Oyunlarının proqramına daxil edildiyi haqda məlumat yayılıb. Lakin azerisport.az xəbər verir ki, Bakı Avropa Oyunları Təşkilat Komitəsi məlumatı təkzib edib və xəbərin yanlış olduğunu bildirib: "İlk Avropa Oyunları 2015-ci ilin yayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Avropa Oyunlarında 18 idman növü - su idmanı, oxçuluq, yüngül atletika, badminton, basketbol 3x3, çimərlik futbolu, boks, kanoe sprinti, velosiped idmanı, qılıncoynatma, gimnastika, cudo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon, voleybol, güləş ilə təmsil olunacaq və bunlardan bir çoxunun keçiriləcəyi məkanlarının tikintisi artıq başa çatıb".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti