Bakı metrosunda ölüm

09:21 | 11.03.2015
Bakı metrosunda ölüm

Bakı metrosunda ölüm

Bu gün səhər saatlarda Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, metronun "Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss etməyə başlayıb.

Dərhal təcili yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi üzrə işlər aparır.

Faktla bağlı araşdırma aparılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM