Bakı Olimpiya Stadionuna gedən tunel altı zolaqlı olacaq - FOTO

12:22 | 15.04.2014
Bakı Olimpiya Stadionuna gedən tunel altı zolaqlı olacaq - FOTO

Bakı Olimpiya Stadionuna gedən tunel altı zolaqlı olacaq - FOTO

Bakıda Olimpiya Stadionuna gedən avtomobil yolunun tikintisi çərçivəsində Ziya Bünyadov prospektində "Əyyub Petrol" yanacaqdoldurma məntəqəsinin yanında ikinci tunelin tikintisi davam edir.Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. P. Mürsəliyev bildirib ki, tunelin tikintisində məqsəd Olimpiya Stadionuna sürətli, maneəsiz gediş-gəlişi təmin etməkdir. “Yəni Həsən Əliyev küçəsinin sonu ilə çəkilən yol tunel vasitəsi ilə Olimpiya Stadionunadək gedib çıxacaq və nəqliyyat vasitələrinin Olimpiya Stadionuna, eyni zamanda əks tərəfə rahat hərəkəti mümkün olacaq", - deyə o qeyd edib. Cəmiyyət rəsmisinin sözlərinə görə, tuneldə qazma üsulu ilə svay vurulması, svay başlığında rigelin, istinad divarları, təməl və gövdələrin betonlanması işləri gedir. Buna paralel olaraq tuneldə qazma işləri də aparılır. Qeyd edək ki, tunel 3 gediş və 3 gəliş olmaqla, 6 hərəkət zolaqlı olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb