Bakı sakini sevdiyi qızı metro stansiyasını partladacağı ilə hədələyib

22:00 | 26.12.2014
Bakı sakini sevdiyi qızı metro stansiyasını partladacağı ilə hədələyib

Bakı sakini sevdiyi qızı metro stansiyasını partladacağı ilə hədələyib

O, günahı qızın üstünə atacaqdı.

Bakı şəhərinin Sabunçu rayonu "Zeytun bağları” yaşayış massivinin sakini dəlisov bir gənclə qarşılaşıb. Aşiq olmuş gənc, qızın razılığını almaq üçün riskli bir yol seçib.

Bu barədə Vesti.Az məlumat yayıb.     

Nərimanov rayon Polis İdarəsindən Vesti.Az-a bildiriblər ki, rayonun 18-ci polis idarəsinə Səbinə Əliyeva müraciət edib. O verdiyi ifadədə qeyd edib ki, dekabrın 25-dən 26-na keçən gecə onun mobil telefonuna Kamran adlı şəxs zəng edib. Kamran onu sevdiyini və bu sevgi qarşılıqsız qalarsa, metronun "Nəriman Nərimanov” stansiyasını partladacağını deyib. Ən əsası isə gənc oğlanın bu partlayışın məsuliyyətinin Səbinənin üzərində olacağını deməsidir.

Alınan məlumata görə əməliyyatçılar göstərilən metro stansiyasının ərazisini yoxlayıblar və heç bir partlayıcı qurğu tapmayıblar. Oğlanın zəng elədiyi nömrə də bağlı olub.

"Əliyeva Sabunçu rayon sakini olduğu üçün işin materialları müvafiq rayonun polis idarəsinə göndərilib. Onlar Kamranı tapıb cəzalandıracaqlar”, - polisdə qeyd ediblər.


ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM