Bakıda 5-ci mərtəbədən atılan 78 yaşlı qadın sağ qalıb - FOTO

08:55 | 13.12.2013
Bakıda 5-ci mərtəbədən atılan 78 yaşlı qadın sağ qalıb - FOTO

Bakıda 5-ci mərtəbədən atılan 78 yaşlı qadın sağ qalıb - FOTO

 Bakıda bu gecə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılan 78 yaşlı qadın xilas edilib.APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda 1 nəfər yaşayış binasının eyvanından yıxılıb və köməyə ehtiyac yaranıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1935-ci il təvəllüdlü Ağayeva Mənsurə Mirzağa qızı beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq 4-cü mərtəbədə yerləşən eyvanın damına düşüb və köməksiz vəziyyətdə qalıb. Müxtəlif bədən xəsarətləri almış zərərçəkmişi yaxınları götürə bilmədikləri üçün “112” qaynar telefon xəttinə müraciət ediblər. Nazirliyin xilasediciləri binanın 4-cü mərtəbəsinin eyvanına qalxaraq vətəndaşın xilas edilməsini təmin edib və aidiyyəti üzrə təhvil veriblər. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Zamil Gülməmmədovun APA-ya verdiyi məlumata görə, 78 yaşlı Mənsurə Ağayeva intihara cəhd edib. O, özünü yaşayış binasının beşinci mərtəbəsinin eyvanından atsa da, dördüncü mərtəbənin eyvanının damı qadını ölümdən xilas edib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb