Bakıda 5 piyada vuruldu: ölən və yaralananlar var

15:53 | 09.01.2015
Bakıda 5 piyada vuruldu: ölən və yaralananlar var

Bakıda 5 piyada vuruldu: ölən və yaralananlar var


Yanvarın 8-də Bakının müxtəlif yerlərində piyadaların xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANN.Az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dünən saat 05 radələrində Nəsimi rayonunun Bakıxanov küçəsində paytaxt sakini Ruslan Quliyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülsəba Əzizovanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
 
Oxşar hadisə Nərimanov rayonu, Atatürk prospektində də qeydə alınıb. Müəyyən edilməmiş avtomobil yolu keçən Gəncə şəhər sakini Arzu Abdullayeva və Kürdəmir rayon sakini Elcan Abdullayev vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib.
 
Daha bir piyada Yasamal rayonu, A.Şərifzadə küçəsində vurulub. Naməlum avtomobil yolu keçən Bakı şəhər sakini Göyçək Zərbəliyeva vurub. Piyada dərhal xəstəxanaya aparılıb. Xətai rayonu X.Məmmədov küçəsində naməlum maşın tərəfindən vurulan Bakı şəhər sakini Gülnarə Quliyeva da xəstəxanaya yerləşdirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM