Bakıda atəşfəşanlıq və lazer şou olacaq

13:51 | 30.12.2014
Bakıda atəşfəşanlıq və lazer şou olacaq

Bakıda atəşfəşanlıq və lazer şou olacaq

Yeni il gecəsi Bakıda saat 00:00-da atəşfəşanlıq təşkil olunacaq.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, Bakıda təşkil olunmuş lazer şou hər gün saat 18:00-dan 02:00-a qədər davam edir.Nazim Məcidov qeyd etdi ki, bu şou yanvarın 10-na qədər davam edəcək. Həmin lazer şoular Bakının iki ərazisindədir: "Biri Qız Qalası ilə üzbəüz bulvara girdikdə, digəri isə qoşa fontanlarla "Mirvari” kafesinin ortasında, "Kukla” teatrından "Saat qülləsi”nə gedən istiqamətdə qurulub”- deyə o vurğuladı.

Rəis müavininin bildirdiyinə görə, hər il Yeni il bayramı ilə əlaqədar Konsert proqramları təşkil olunur, bu il isə paytaxt sakinləri üçün əyləncə proqramları nəzərdə tutulmayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM