Bakıda bina uçdu

15:15 | 21.02.2015
Bakıda bina uçdu

Bakıda bina uçdu

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada uçqun olub.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən binalardan birində qeydə alınıb. Binadakı mənzillərdən birində uçqun olub.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
 
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.
 
Polisdən həmçinin bildirilib ki, uçqun baş verən binada məcburi köçkünlər məskunlaşıbmış.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM