Bakıda bu yollar bağlanacaq - SİYAHI

11:54 | 02.12.2013
Bakıda bu yollar bağlanacaq - SİYAHI

Bakıda bu yollar bağlanacaq - SİYAHI

Bu gün Bakıda "Azadlıq" meydanı və "Gülüstan" sarayı istiqamətində yollarda avtomobillərin hərəkətinə fasilə ilə məhdudiyyət qoyulacaq. Bu barədə ANS PRESS-ə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.Bölmə rəsinin sözlərinə görə, bu gün saat 10:00-dan etibarən paytaxtın "Abşeron-Mariott" otelində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinin keçirilməsi ilə əlaqədar "Azadlıq" meydanı və bu istiqamət üzrə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Məhdudiyyətlər bu gün saat 22:00-dək davam edəcək.Keçirilən tədbirlə əlaqədar "Gülüstan" sarayı istiqamətində də Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi küçəsi və ona bitişik digər küçə və yollarda fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.Vaqif Əsədov bildirib ki, YUNESKO-ya üzv olan 180 ölkənin nümayəndə heyətinin iştirakı ilə Bakıda keçiriləcək tədbirin beynəlxalq səviyyəli olduğunu, eləcə də tədbirlərin keçirildiyi hərəkət marşrutu üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə dekabrın 1-dən 8-dək - tədbir tam başa çatana qədər avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamətlər dəyişdiriləcək. Bölmə rəisi bu məqsədlə sürücülərə müraciət edərək göstərilən müddətdə şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etmələrini və ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb