Bakıda dam uçdu, yaralılar var

17:26 | 21.03.2014
Bakıda dam uçdu, yaralılar var

Bakıda dam uçdu, yaralılar var

Bir necə gündür respublika ərazisində hökm sürən küləkli hava şəraiti fəsadsız ötüşməyib. Paytaxtın bəzi yerlərində ağacların qırılması nəticəsində sakinlərə ciddi ziyan dəyib. Məsələn, Bakıxanov qəsəbəsində ağacın aşması nəticəsində qaz xətti ikiyə bölünməklə yanaşı ərazidə olan evlərə də ciddi ziyan dəyib. Sabunçu rayonunuda da mənzillərdən birinin dam örtüyünün uçması səbəbindən ailə üzvlərinə ciddi ziyan dəyib. Digər bir hadisə isə Binəqədi rayonunda qeydə alınıb. İlqar Kərimov küçəsində də evin uçan damının bir hissəsi qonşunun həyətinə, bir hissəsi isə qonşunun maşının üstünə düşüb.Güclü külək bölgələrdən də yan keçməyib. Şəki, Qax, Zaqatala bölgəsinədə ciddi ziyan dəyib. Külək 30-a yaxın elektrik dirəyini aşırıb. Küləyin təsirindən aşan ağacların çoxu elektrik xətlərinin üstünə düşüb və nəticədə elektrik xətləri qırılıb.//musavat.com//ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM