Bakıda gecə klubunda cinsi azlığı vəhşicəsinə döydülər

17:00 | 18.01.2015
Bakıda gecə klubunda cinsi azlığı vəhşicəsinə döydülər

Bakıda gecə klubunda cinsi azlığı vəhşicəsinə döydülər

Bakıda cinsi azlıq nümayəndəsini döyüblər.  Hadisə Əziz Əliyev küçəsi 1 ünvanında, "Kakadu” gecə klubunda baş verib. Polisə şikayət edən Ucar rayon sakini, 24 yaşlı Erkin Həsənov (ad və soyad şərtidir) bildirib ki, gecə saat 04 radələrində klubda olarkən tanımadığı şəxs onu nalayiq sözlərlə təhqir edib və vəhşicəsinə döyüb.


Cinsi azlıaqların nümayəndəsinə qarşı daha bir cinayət Bakının Yasamal rayonunda törədilib.


Yanvarın 14-də polisə müraciət edən Gürcüstan Respublikası vətəndaşı, 1991-ci il təvəllüdlü Elton Allahverənov (ad və soyadlar şərtidir) bildirib ki, internetdə tanış olduğu şəxs ona qarşı dələduzluq edib. 29-cu Polis Bölməsinə ərizə yazan 24 yaşlı oğlan qeyd edib ki, yanvarın 13-də internetdə Firudin Əbilov adlı şəxslə tanış olublar və onlar görüşmək qərarını gəliblər. Bir qədər sonra Yasamal rayonu M.Həsənov küçəsi 1 ünvanının qarşısında görüşərkən F.Əbilov E.Allahverənovun telefonunu danışmaq üçün alıb. Telefonla danışa-danışa bir qədər irəliləyən şəxs daha sonra qaçaraq uzaqlaşıb.


Bildirilir ki, polisə müraciət edən və hadisəni törədən şəxs cinsi azlıq nümayəndəsidir. Hər iki faktla bağlı araşdırma aparılır.
 
Lent.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM