Bakıda həbsxanada dava düşdü- Məhkum yaralandı

17:48 | 05.03.2015
Bakıda həbsxanada dava düşdü- Məhkum yaralandı

Bakıda həbsxanada dava düşdü- Məhkum yaralandı

Ədliyyə Nazirliyinin həbsxanalarından birində məhbuslar arasında insident yaşanıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.

Müəssisədə cəza çəkənlər 1989-cu il təvəllüdlü Şahsuvar Rəcəbovla Hamlet İbayev arasında dava olub.

Ş.Rəcəbov əlindəki fincanla H.İbayevin baş nahiyəsindən vuraraq xəsarət yetirib. İş üzrə araşdırma aparılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM